Zakir Həsənov komandanları təltif etdi

14:44 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bir qrup hərbi qulluqçunu təltif edib.

Hafta.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, general-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə fəxri fərman, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov isə "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə təltif olunublar.

Zakir Həsənov komandanları təltif etdi - FOTO