550-dən artıq məktəb yenidən tikilib

14:10 24.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda məktəblərin 90 faizdən çoxu təmirlidir. Hər bir məktəbdə tədris şəraitinin yaradılması Elm və Təhsil Nazirliyinin qarşısında duran məqsəddir.

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, son 5 ildə modul məktəblər də daxil olmaqla 550-dən artıq məktəb yenidən tikilib, əsaslı təmir olunub.

“Nəzərə alaq ki, illər ötdükcə, əvvəl tikilmiş məktəblər də köhnəlir. Bu, daimi prosesdir. Bu gün 10 məktəbdən 9-u yararlı vəziyyətdədir”, - deyə nazir qeyd edib.