6-cı sinif şagirdi yol qəzasında vəfat etdi

22:24 23.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, rayonun Talışlı kəndi ərazisində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü Murad Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

 

Qeyd edək ki, M.Əliyev Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi olub. (Qafqazinfo)