Xəbər verdiyimiz kimi, 18 aprel 2020-ci il tarixində pandemiyanın pik dövründə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının Yasamal rayon şöbəsində çalışan 67 yaşlı həkim Zakir Heydər oğlu Xəlilov COVID-19 virusunun ağırlaşmasından vəfat etdi.
Bəs 65 yaşlı tibb işçilərin çalışması karantin qaydalarını pozmurmu?
Hafta.az-a bu barədə danışan tibb eksperti Adil Qeybulla dedi ki, o, təqaüddə ola-ola könüllü şəkildə vətəndaşlarımızın həyatını bu bəladan xilas etmək üçün çarpışırdı və nəticədə virusa yoluxdu:
"Koronavirusa yoluxduqdan sonra bir həftədən artıq reanimasiya şöbəsində müalicə alsa da həyatını xilas etmək mümkün olmadı. Əslində o şəhid oldu, adını milli səhiyyəmizin tarixinə həkk etdi. Bütün həyatını demokratiya və millətin gələcəyinə həsr etmiş, ilk günlərdən milli-azadlıq hərəkatının ön sıralarında olmuş ləyaqətli ziyalı Zakir həkim üçün sözün həqiqi mənasında bu bir şəhidlik zirvəsi hesab edilməlidir".