Böyük Britaniyada yüzlərlə insana qalıcı ziyan vurmaqda təqsirli bilinən döş xərçəngi cərrahının müalicə etdiyi 650 xəstənin ölümünün araşdırıldığı bildirilir.
Hafta.az-ın yazdığına görə, bir vaxtlar ölkənin aparıcı həkimlərindən sayılan İan Paterson, xəstələrin həyatını dəyişdirən yüzlərlə lazımsız əməliyyata görə həbs olunmazdan əvvəl minlərlə əməliyyat keçirmişdi. "The Sunday Times" yazır ki, bu gün tibb mütəxəssisləri həmin cərrahın 20 ildən çox müddət ərzində müalicə etdiyi qadınların qeydlərini araşdırırlar.
Paterson təkcə Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində deyil, həm də Birminhemdə "Spire Healthcare" tərəfindən idarə olunan iki özəl xəstəxanada klinikalara malikdir.
17 qəsdən xəsarət yetirməkdə təqsirli bilinən Paterson hazırda 20 illik həbs cəzasını çəkir. Məhkəmə 1997-2011-ci illər arasında həyata keçirilən müdaxilələrin çoxunun "tibbi baxımdan əsaslandırılmadığını" bildirib.
"The Sunday Times"a görə, səlahiyyətlilərin "bu ölümlərdən bəzilərinin qeyri-təbii ola biləcəyindən şübhələnmək üçün dəlillərin olduğunu düşündüyü" işlərlə bağlı 27 araşdırma açılıb.
Təhqiqata Ali Məhkəmənin hakim müavini Riçard Foster rəhbərlik edəcək.
"The Heart of England NHS Trust"ın 2017-ci il hesabatı, Patersonun 1206 mastektomiya xəstəsindən 675-nin öldüyünü ortaya qoyub. Patersonun minədək xəstəsinin öldüyü düşünülür. Baxmayaraq ki, onun xəstələrinin 56 faizi dünyasını dəyişib.
"Cancer Research UK"a görə, 50-60 yaş arası qadın döş xərçəngi xəstələrinin sağ qalma şansı 90 faizdir. Bunun əksinə, Patersonun mastektomiya xəstələri üçün bu nisbət yüzdə 56-dan azdır.