Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Çanaqqalanın Ayvacık rayonu yaxınlığında rezin qayıq vasitəsilə qanunsuz yollarla dənizi keçməyə cəhd göstərən 39 miqrant saxlanılıb.
Hafta.az-ın məlumatına görə, əraziyə baxış zamanı başqa bir rezin qayıqda daha 30 nəfər yaxalanıb.
Aralarında qadın və uşaqların da olduğu miqrantların Əfqanıstan vətəndaşları olduqları müəyyən edilib.