70-dən çox Amerika polisi işdən çıxdı

18:44 23.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar ayında ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarlarının ABŞ Konqresinin binasına (Kapitoliyə) hücumundan sonra 70-dən çox polis işdən çıxıb.

Hafta.az bildirir ki, bu barədə “Politico” qəzeti xəbər verir.

Kapitoli polis birliyinin rəhbəri Guus Papatanasiou bildirir ki, polislər iş günlərinin uzanmasından və məlum hadisələrin travmatik nəticələri səbəbindən işi tərk edirlər. O bu barədə narahat olduğunu açıqlayıb: "Gecələri yata bilmirəm, yalnız yeni polislərin işə götürülməsindən narahat deyiləm. Ən böyük problem indiki polislərin vəzifələrində saxlamaqdır".

Qeyd edək ki, Kapitoliyə basqın yanvarın 6-da baş verib.