71 yaşlı uyğur türkü Əbdürrəsul Məhmətin Çin həbsxanasında dünyasını dəyişdiyi açıqlanıb.
Hafta.az-ın “Azad Asiya” Radiosunun Uyğur xidmətinin xəbərinə istinadən yazdığına görə, Məhmət iki həftə əvvəl yüksək təzyiqdən dünyasını dəyişib.
Əbdürrəsul Məhmət İslami fəaliyyətinə görə 2017-ci ildə Çin hökuməti tərəfindən 13 il 11 ay həbs cəzasına məhkum edilmişdi.
Xəbərə görə, Məhmətin iki həftə əvvəl öldüyü xəbərini bölgədəki Çin administrasiyasına bağlı rəsmilər də təsdiqləyib.
Bu arada, ötən aylarda Çin həbsxanalarında bir neçə uyğurun köhnə yemək yediyi üçün öldüyü bildirilirdi.
Çin rəhbərliyinin islami fəaliyyətlə məşğul olan Şərqi Türkistan uyğurlarına həbs cəzası verdiyi məlumdur. Bu fəaliyyətlərinə görə həbsə məhkum edilənlər arasında yaşlı uyğurlar da var.