900 şəhid ailəsi özünüməşğulluq proqramına cəlb olunub

11:37 29.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

1700-dən çox şəhid ailəsi və qaziyə növbədənkənar olmaqla özünüməşğulluq proqramına cəlb olunub.

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər. Onlardan 900-ü şəhid ailələrinin üzvləridir. Proqrama cəlb olunanların istəkləri və əmək bacarıqları nəzərə alınaraq seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün qısa müddətdə aktivlərlə təmin olunur.

Eyni zamanda, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 300 şəxsin məşğulluq məsələləri operativ şəkildə həll olunub. Onlar ödənişli ictimai işlər və əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin ediliblər.