“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verildi

11:35 04.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib.

Hafta.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnaməyə dəyişikliklə bağlı qərara əsasən, dəyişikliklə Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə biləcək.

Qərarın əvvəlki variantı isə belə idi:

"Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldırır".

Oxunma sayı 82