İki marşrutun yolu dəyişdirildi

14:50 04.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

5 avqust 2021-ci ildə Bəhruz Nuriyev küçəsinin Qara Qarayev prospektindən Elşən Süleymanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) hafta.az-a verilən məlumata görə, bununla əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ küçələrdən təşkil ediləcək.

Oxunma sayı 627