İlin sonuna 102 məktəb binası istifadəyə veriləcək

12:29 14.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir.

Modul tipli məktəblərin Quba, Qusar, Xaçmaz, İsmayıllı, Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Bərdə, Neftçala, Cəlilabad, Lerik, Astara, Goranboy, Xızı, Samux, İmişli, Füzuli və Ağdamda quraşdırılması nəzərdə tutulub.

Oxunma sayı 1581
Sosial rubrikasından digər xəbərlər