Yazını böyüt
Yazını kiçilt
İran Amerika Birləşmiş Ştatlarının (ABŞ) İordaniyadakı hərbi obyektlərinə zərbələr endirib.
Hafta.az xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığının X səhifəsində dərc olunmuş açıqlamada bildirilib.
Qeyd edilib ki, zərbələr nəticəsində ABŞ-nin 2 hərbçisi həlak olub, 1-i döyüşdə itkin düşmüş kimi qeydə alınıb. Bundan əlavə, 4 əsgər xəstəxanaya yerləşdirilib, daha bir neçəsi isə yüngül xəsarət alıb.