İntihara cəhdin qarşısı alınıb

09:18 04.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

 
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Oxunma sayı 349