Putin Trampa məktub göndərib

13:10 04.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik məktubu göndəribş

“Bu gün Rusiya və ABŞ dünyanın iki ən böyük nüvə dövləti kimi qlobal təhlükəsizliyin və sabitliyin təmin olunmasına görə xüsusi məsuliyyət daşıyırlar”,-deyə Putin məktubunda qeyd edib.

O, həmçinin tərəflər arasında dialoqun inkişaf etdirilməsinin təkcə hər iki ölkənin deyil, bütün beynəlxalq ictimaiyyətin maraqlarına cavab verdiyinə əminliyini ifadə edib.