İran yenə Səudiyyə Ərəbistanı ərazisinə hücum edib

12:24 05.03.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bu gün səhər saatlarında hava hücumundan müdafiə qüvvələrinin paytaxt Ər-Riyaddan təxminən 80 kilometr cənub-şərqdə yerləşən Əl-Xərc ətrafında üç qanadlı raket və üç dronu məhv etdiyini açıqlayıb.

Hafta.az yazır ki, Müdafiə Nazirliyinin sözçüsü general-mayor Turki əl-Maliki iki ayrı açıqlamada qanadlı raketlərin Əl-Xərc şəhərinin kənarında ələ keçirildiyini və məhv edildiyini, dronların isə vilayətin şərqində vurulduğunu bildirib.

Sözçü, dünən Səudiyyə Ərəbistanının şərqindəki Ras Tanura neft emalı zavoduna heç bir zərər vermədən dron hücumu cəhdi edildiyini də əlavə edib.

Əl-Maliki həmçinin dünən Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələrinin Əl-Xərc üzərində iki qanadlı raketi və Şərq əyalətində bir dronu ələ zərərsizləşdirdiyini xatırladıb.