Macarıstan Ukrayna ilə bağlı həmin qadağanı ləğv edib

09:53 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Macarıstanın yeni hökuməti, Viktor Orbanın dövründə əvvəlki hökumət tərəfindən tətbiq edilən qadağanı aradan qaldıraraq, Avropa Sülh Fondundan Ukraynaya hərbi yardım üçün istifadə etməyə razılıq verib.

Hafta.az xəbər verir ki, bu barədə “Nepszava” qəzeti məlumat yayıb. Qəzet təxminən 6,6 milyard avro məbləğində bloklanmamış vəsaitin Ukrayna ordusu üçün hava hücumundan müdafiə sistemlərinin alınmasına istifadə olunacağını qeyd edib.

 

Qeyd edək ki, Macarıstan 2024-cü ildən bəri Avropa Sülh Fondundan Ukraynaya təxminən 6,6 milyard avroluq hərbi yardımın ayrılmasını bloklamışdı.