Yazını böyüt
Yazını kiçilt
ABŞ hakimiyyəti Haitidən gəldiyi ehtimal olunan və 240 qanunsuz miqrantı daşıyan qayığı saxlayıb.
Hafta.az xəbər verir ki, bu barədə ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi komissarı Rodney Skot məlumat verib. Onun sözlərinə görə, hava patrulu əməkdaşları bu həftə dəniz yolu ilə ABŞ-yə qanunsuz daxil olmağa çalışan 240 Haiti vətəndaşını daşıyan gəmini aşkar ediblər.
Komissar bildirib ki, həddindən artıq yüklənmiş qayığın batmaq təhlükəsi var idi. O vurğulayıb ki, qanunsuz miqrasiya cəhdləri təhlükəlidir və ABŞ-yə giriş zəmanəti vermir.
Daha əvvəl ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsindən bildirilmişdi ki, 2025-ci ilin yanvarından bəri ölkədən 900 mindən çox qanunsuz miqrant deportasiya olunub.