İranda son sutka ərzində koronavirusdan 86 nəfər ölüb

23:49 17.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son sutka ərzində İranda koronavirusa 6 min 16 nəfər yoluxub, 86 nəfər isə vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari deyib. Bildirib ki, ümumilikdə İranda yoluxanların sayı 1 milyon 330 min 411 nəfərə, yoluxaraq ölənlərin sayı isə 56 min 803-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 5 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 1 milyon 119 min 137 xəstə sağalaraq evə buraxılıb.

Oxunma sayı 577