Ordubadda avtomobil qaz xəttini qırdı

18:11 02.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ordubad rayonunda minik avtomobilinin çırpılması nəticəsində qaz xətti qırılıb.

Hafta.az xəbər verir ki, bu səbəbdən bu gün saat 16:55-dən etibarən rayonun qaz təchizatı dayandırılıb.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır. İşlər yekunlaşandan sonra rayona təbii qazın verilişi bərpa olunacaq.