Argentina millisinin futbolçuları və komandanın kapitanı Lionel Messi dünya çempionatının 1/16 final oyunu üçün yola düşməzdən əvvəl hava limanında gücləndirilmiş təhlükəsizlik yoxlaması ilə üzləşiblər.
Bu barədə jurnalist Josh Chavis X sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
Məlumata görə, yoxlama prosedurunun uzanması Argentina millisinin əhval-ruhiyyəsinə təsir etməyib. Futbolçular metal detektordan keçərkən zarafat edib və gülüblər.
Argentina milli futbol komandası dünya çempionatının 1/16 final mərhələsində iyulun 4-nə keçən gecə Mayami şəhərində Kabo-Verde milli futbol komandası ilə qarşılaşacaq.
Futbol üzrə dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.
Argentina millisi hazırkı dünya çempionudur.