Yazını böyüt
Yazını kiçilt
Azərbaycan “Polisi Günü” münasibətilə Nəsimi rayonunda rayon icra hakimiyyətinin, rayon polis idarəsinin və digər hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Hafta.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Nəsimi Rayon Polis İdarəsində təşkil olunan tədbirdə Ümummilli Liderin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.