İranda toqquşmalar şiddətlənib - 2 POLKOVNİK ÖLDÜRÜLDÜ

14:14 01.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın cənub-şərqindəki sünnilərin yaşadığı Bəlucistan vilayətində təhlükəsizlik qüvvələri ilə xalq arasında qarşıdurmalar davam edir.

Hafta.az-ın Mepanews-ə istinadən yazdığına görə, İran qüvvələri dünən cümə namazından sonra nümayişlərə hücum edərək, onlarla dinc sakini qətlə yetirib.

Qırğından sonra ciddi qarşıdurmalar başlasa da, hökumətə bağlı yüksək vəzifəli şəxslər də vilayətdəki sünni bəluc qruplarının hədəfinə çevrilib. Qarşıdurmalarda bəzi təhlükəsizlik qüvvələri 4 nümayəndəsinin öldürüldüyü də bildirilib. Onların arasında İran İnqilabı Keşikçiləri Korpusunun Sistan-Bəlucistan vilayətinin kəşfiyyat komandiri də var.

Regional mənbələrin məlumatına görə, həlak olanlar aşağıdakılardır:

- Polkovnik Əli Musəvi (Bəlucistan Kəşfiyyat komandanı)

- Polkovnik Həmid Rza Haşimi (Bəlucistan Kəşfiyyat komandirinin müavini)

- Məhəmməd Emin Azaşkar (polis məmuru)

- Məhəmməd Emin Arifi (Əsas milis)

İranın "Təsnim" Agentliyi də ölənləri təsdiqləyib.

Öldürülən kəşfiyyat işçilərinin bölgədə sünni bəluc xalqına qarşı bir çox pozuntu və hücumlardan məsul olduğu öyrənilib.

Oxunma sayı 3754