İranda zəlzələ olub

12:17 25.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda 4,3 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Məlumata əsasən, yeraltı təkanların episentri Kirman vilayətinin Ravər şəhərindən 55 km məsafədə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Oxunma sayı 2256