İsfahanda neft anbarı bombalanıb

09:09 07.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın mərkəzi İsfahan şəhərində neft və neft məhsulları anbarına havadan hücum edilib.

Hafta.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” televiziyası məlumat yayıb.

Televiziyanın bildirdiyinə görə, “İsfahandakı Cəbəl Səfa neft anbarı Amerika və İsrail qüvvələrinin hücumlarından birinin hədəfi olub”. Hələlik dəyən ziyan barədə məlumat verilmir.

“Əl-Hədəs”, həmçinin İsfahanın müxtəlif ərazilərində çoxsaylı partlayışların baş verdiyini qeyd edib.