İsmayıllı və Hacıqabul sakinlərindən silah götürülüb

16:10 04.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı və Hacıqabul rayonlarının sakinlərində silah aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Çəmənli kənd sakini T.Haşımovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Bundan başqa, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şorbaçı kənd sakini S.Cəfərovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 400