İsmayıllıda evdən 18 min manat pul oğurlanıb

13:33 27.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayonunda evdə oğurluq hadisəsi olub.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 18 000 manat pul oğurlamaqda şübhəli bilinən Qalagah kənd sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Zeynalov və X.Məmmədov saxlanılıblar.

Oxunma sayı 693