İspaniyaya embarqo qoyula bilər

08:38 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Trampın administrasiyası İspaniya məhsullarına embarqo tətbiq etməyə hazırlaşır.

Hafta.az xəbər verir ki, yaxın günlərdə Trampa embarqoya məruz qala biləcək İspaniya məhsullarının siyahısının təqdim ediləcəyi bildirilir.

Məqalədə vurğulanır ki, Ağ Evin belə bir addımı ABŞ ilə bütün Avropa İttifaqı (Aİ) arasında ticarət müharibəsinə səbəb ola bilər. Çünki Aİ üzvünə qarşı embarqo ötən il Vaşinqton və Brüssel arasında əldə edilmiş razılaşmanı “məhv edəcək”.

Tramp əvvəllər İspaniya ilə ticarətin, eləcə də iki ölkə arasında rəsmi səfərlərin dayandırılmasına çağırmışdı. O, Madridi NATO-ya kifayət qədər töhfə verməməkdə günahlandırır. “İspaniya itirilmiş bir işdir. Onlar iştirak etmir, pul ödəmirlər. Mən İspaniya ilə heç bir əlaqəm olmasını istəmirəm. İspaniya ilə bütün ticarəti dayandırın”, - deyə o bildirib./"Politico”/