İstanbulda İŞİD terror təşkilatının 14 üzvü saxlanılıb

14:42 22.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İstanbulda İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində növbəti əməliyyat keçirilib.

Hafta.az xəbər verir ki, əməliyyat nəticəsində terror qruplaşması ilə əməkdaşlıqda şübhəli bilinən 14 nəfər saxlanılıb. Onlardan 13-ü xarici ölkə vətəndaşıdır. Əcnəbi vətəndaşların ekstradisiyası işləri görülür.

Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan axtarış zamanı terror təşkilatına aid çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Oxunma sayı 701