İstanbulda FETÖ terror təşkilatının daha bir üzvü ələ keçirilib

14:28 04.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FETÖ terror təşkilatının qondarma “Afrika qolu”nun qurucusu və rəhbəri İbrahim Tatar İstanbulda saxlanılıb.

Hafta.az Anadolu agentliyinə istinadla xəbər verir ki, terrorçu İstanbul Polis İdarəsinin kəşfiyyat və mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində şəhərin Ümraniyə bölgəsində evdə ələ keçirilib.

Onun FETÖ-nün kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etdiyi müəyyən olunub.

Şübhəli şəxsin yaşadığı evdə axtarış aparılan zaman dörd mobil telefon, yaddaş kartları və təşkilata aid çoxlu sayda yazılı və rəqəmsal material ələ keçirilib.

Təhqiqat davam etdirilir.

Oxunma sayı 360