Dünyanın ən güclü PASPORTLARI

10:13 02.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Global Citizen Solutions (GCS) tərəfindən bu il beşinci dəfə dərc edilən Qlobal Pasport İndeksi (GPI), yalnız vizasız ölkələrin sayına diqqət yetirən ənənəvi Henley Pasport İndeksindən kənara çıxır.

Hafta.az yazır ki, “Euronews”a görə, GPI, vergi mühiti, innovasiya tutumu, iqtisadi rəqabət qabiliyyəti, səhiyyə sistemi, təhlükəsizlik, iqlim və sosial infrastruktur kimi vacib parametrləri hərtərəfli şəkildə qiymətləndirməklə pasportun gücünü ölçür.

Global Citizen Solutions şirkətinin baş direktoru Patrisiya Kasaburi, Avropanın siyahının başındakı mütləq dominantlığını bu sözlərlə izah edib: "Avropanın böyük üstünlüyü tək bir gücə deyil, mükəmməl bir tarazlığa əsaslanır. Təkcə səyahət azadlığına baxdıqda, Sinqapur hamısını geridə qoyur; xam investisiya cəlbediciliyi baxımından bəzi Körfəz və Asiya ölkələri onlarla rəqabət aparır.

Avropa üçün əsl fərq budur: Bu, dünyada ən yüksək həyat keyfiyyətini və demək olar ki, maksimum qlobal giriş azadlığını təklif edə bilən yeganə bölgədir. Həyat keyfiyyətinin bu ölçüsü heç bir hökumətin beynəlxalq müqavilələr və ya vergi güzəştləri ilə sıfırdan yarada bilmədiyi bir gücdür.

Dünyanın ən güclü 10 pasportu aşağıdakı kimidir:

1. İsveç, 2. İsveçrə, 3. Finlandiya, 4. Almaniya, 5. Hollandiya, 6. Danimarka, 7. İrlandiya, 8. Birləşmiş Krallıq, 9. Norveç, 10. Sinqapur.