İstanbulda yaşayış xərcləri yenə yüksəlib

09:05 07.11.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) bağlı İstanbul Planlaşdırma Agentliyi (İPA) “Yaşayış Qiyməti Araşdırması”nı açıqlayıb.

Hafta.az-ın IPA-ya istinadən yazdığına görə, oktyabrda İstanbulda dörd nəfərlik ailənin orta yaşayış dəyəri əvvəlki ayla müqayisədə 2308 lirə artaraq 73739 lirəyə (2139 dollar) çatıb.

İstanbulda yaşayış minimumu əvvəlki aya görə yüzdə 3,23, keçən ilin eyni ayına görə isə 60,46 faiz artıb. Əsas istehlak məhsullarından olan uşaq qidaları illik 58,92 faiz artımla ən diqqət çəkən qiymət artımlarından biridir. Uşaq qidası ilə yanaşı, çörəyin illik artımı 46,63 faiz, günəbaxan yağının artımı 64,61 faiz, ət və qiymə məhsullarının artımı isə 70,30 faiz, ağ pendirdə artım 49,35 faiz, mərciməkdə artım 79,15 faiz, tualet kağızında artım 112,70 faiz olaraq müəyyən edilib.