Bu il dövlət büdcəsinə 8 mlrd. manata yaxın vergi daxil olub

11:57 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-may ayları ərzində Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub.

Hafta.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu göstərici proqnoza nisbətən 130,3 milyon manat çoxdur.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 6 milyard 187,7 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 109,7 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 471,5 milyon manat və ya 8,2 faiz artıb.