İstedadlı şagirdlərin sayı artıb - Emin Əmrullayev

14:25 17.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Keçmişə nəzərən istedadlı şagirdlərin sayı artıb".

 

Hafta.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin rəsmi açılış mərasimində çıxışı zaman deyib.

 

Nazir bildirib ki, əvvəllər bu qədər çox şagird xaricin aparıcı universitetlərinə qəbul oluna bilmirdi:

 

"Şagirdlərin biliyini ölçdüyümüz meyarları nəzərə almalıyıq. Hər bir şagirdin mütləq ki istedadı var və məktəb bunu üzə çıxarmağı bacarmalıdır. Bizi düşündürən məsələlərdən biri də həmin savadlı şagirdləri ortaya çıxarmaqdır. Hətta planımızda var ki, şagirdləri istedadlarına görə müəyyənləşdirmək üçün müvafiq istiqamətdə addımlar ataq".

Oxunma sayı 56