İstehlak bazarının həcmi 8,2% azalıb

14:07 18.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar ayında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 3,8 mlrd. manat olmaqla 2020-ci ilin eyni ayına nisbətən müqayisəli qiymətlərlə 8,2% azalıb.

Dövlət Statistika Komitəsindən hafta.az-a verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 2020-ci ilin yanvar ayı ilə müqayisədə 8% azalaraq 3,7 mlrd. manata bərabər olub, onun 47,8%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ayında bir istehlakçı orta hesabla 382 manat və ya 2020-ci ilin eyni ayının göstəricisindən nominal ifadədə 20,5 manat az vəsait xərcləyib.