İtaliyalı gimnast Dünya Kubokunda topla hərəkətlərdə qalib gəlib

15:31 09.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda fərdi proqramda topla hərəkətlərdə italiyalı gimnast Aleksandra Acurcukuleze qalib gəlib.

Hafta.az-ın məlumatına görə, idmançı 26.350 xal toplayıb.

İkinci yerdə 26.100 xal toplamış rusiyalı Darya Trubnikova, üçüncü yerdə 26.100 xalla Bolqarıstan gimnastı Boryana Kleyn qərarlaşıb.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü və son günü davam edir.

Yarışların üçüncü günündə fərdi proqramda ayrı-ayrı alətlər üzrə finallar keçirilir.

Oxunma sayı 1650