İyulun ilk gününün hava proqnozu

13:38 30.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 1-nə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Oxunma sayı 122