Yazını böyüt
Yazını kiçilt
Avropa komissarı Paolo Gentiloni bildirib ki, Avropa İttifaqı qarşıdan gələn qışdan çıxmaq üçün kifayət qədər “mavi yanacaq” ehtiyatı toplayıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Gentiloni, "Mövcud qaz anbar səviyyələri iqtisadiyyatlarımızı bu qışdan qurtarmaq üçün kifayət qədər görünür" deyib.
Avropa komissarı vurğulayıb ki, tələbin azaldılması və tədarükün şaxələndirilməsi siyasətinin davam etdirilməsi Aİ-yə 2024-cü ilin sonuna qədər ciddi qaz çatışmazlığından qaçmaq imkanı verməlidir.