Rusiyalı milyarder Roman Abramoviç işçiləriniun maaşını verə bilmədiyi üçün ən yaxın bildiyi dostlarından 1 milyon sterlig bor pul istəyib.
Hafta.az-ın yazdığına görə, "Çelsi"nin keçmiş sahibi Hollivud və Vall Stritdəki dostlarına zəng vuraraq deyib ki, iş imperiyasını ayaqda saxlamaq üçün 1 milyon sterlingə ehtiyacı var. Hətta pul vermələri üçün dostlarına israrla dil töküb, yalvarıb.
Abramoviçin pul istədiyi adamlardan biri Hollivuddan məşhur rejissor Brett Ratner, digəri isə Rothschild ailəsi olub. Amma hər iki dost bildiirb ki, onu çox sevirlər, xətir-hörməti yanlarında böyükdür, amma pul verə bilməyəcəklər. Çünki Abramoviçə qarşı tətbiqlənən beynəlxalq sanksiyaların qəzəbindən qorxurlar.
Bu arada, Roman Abramoviç və ailəsinin hazırda İngiltərədə satışda olan "Çelsi" klubu ilə yanaşı 250 milyon dollarlıq mülkləri də var. "Forbes"ə görə isə, Abramoviçin hazırda sərvətinin dəqiq məbləği 14 milyard dollar civarındadır. Sadəcə, Rusiyanın Ukraynaya hücum etməsindən sonra onun bütün sərvəti banklarda dondurulub deyə, "xərclik" tapmaqda çətinlik çəkir.