Yazını böyüt
Yazını kiçilt
“Financial Times” qəzeti məşhur oliqarx Roman Abramoviçin sanksiyalara baxmayaraq Avstriya Alp dağlarında lüks villa aldığını iddia edib.
Hafta.az-ın yazdığına görə, xəbərdə Abramoviçin Avstriyanın tətil bölgəsi Salzkammergutda gizli şəkildə lüks villa aldığı və sanksiyalara baxmayaraq yerli fəalın bu satışı gündəmə gətirdiyi bildirilib.
Avstriyada bəzi müxalif siyasətçilərin və fəalların məsələni gündəmə gətirdiyini yazan “Financial Times”, sanksiyalara baxmayaraq edilən bu cür satışların ifşa olunmağa çalışıldığını yazıb.
Rusiyalı oliqarxların sanksiyalardan sonra Avropada aldıqları dəbdəbəli daşınmaz əmlak daha əvvəl də gündəmə gətirilmişdi.