ABŞ Iranda internet şirkətlərinə qarşı sanksiyaları yumşaldır

18:07 24.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ səlahiyyətliləri İran hakimiyyətinin ölkədəki etirazları yatırtması fonunda İranda mövcud olan internet xidmətlərinə qarşı sanksiyaları yumşalddıqlarını bildirib.

Hafta.az bildirir ki, bu, iranlıların internetdən istifadə imkanlarının daha çox olması və İran hökuməti tərəfindən senzuraya məruz qalmayan məlumatlara çıxış əldə etməsi üçün edilir, ABŞ Maliyyə Nazirliyi bildirib.

İranda ABŞ texnologiya şirkətlərinə qarşı sanksiyaların yumşaldılmasını əks etdirən yeni sənəd ABŞ Maliyyə Nazirliyi tərəfindən cümə günü yayımlanıb.

ABŞ dövlət katibi Entoni Blinken deyib: "Biz İrandakı insanların təcrid və qaranlıqda qalmamasına kömək etmək istəyirik".

ABŞ rəsmiləri İran hakimiyyətinin cümə axşamı ölkənin bir çox bölgələrində interneti müvəqqəti olaraq bağlamasından sonra, polisin böyük şəhərlərdə zorakı etirazları yatırmasından sonra sanksiyaların yumşaldıldığını elan edib.

Yanlış hicab geyindiyinə görə həbs edilən 22 yaşlı tələbə Məhsa Əmininin ölümü ilə başlayan hökumət əleyhinə etirazlar bir həftədən çoxdur ki, davam edir. Bu müddət ərzində rəsmi medianın məlumatına görə, azı 35 nəfər ölüb.

İran mediasının məlumatına görə, prezident İbrahim Rəisi şənbə günü “ölkədə təhlükəsizlik və əmin-amanlığa qarşı çıxanlara qarşı qətiyyətlə mübarizə aparmağa” çağırıb.

Oxunma sayı 3013