ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırıb

09:38 12.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırıb.

Hafta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken ABŞ və Hindistan arasında keçirilən ikitərəflərin yekunları üzrə çıxışında deyib.

Onun sözlərinə görə, Rusiyadan S-400 sistemlərinin alınmasına görə Hindistana qarşı mümkün sanksiyalarla bağlı qərar hələ verilməyib.

"Biz bütün ölkələri Rusiyanın silah sistemlərini əldə etmək üçün böyük yeni sövdələşmələrdən çəkinməyə çağırırıq", - deyə E.Blinken bildirib.