ABŞ Cənubi Koreyaya yenidən təyyarədaşıyan gəmi göndərib

21:15 05.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreya ordusu Şimali Koreyanın Yaponiya üzərində ballistik raket atmasından sonra ABŞ-a məxsus təyyarədaşıyan gəmisinin Cənubi Koreyanın şərqi sularına yenidən yerləşdiriləcəyini açıqlayıb.

ABŞ və Yaponiya ilə birgə hərbi dəniz təlimindən sonra keçən həftə Koreya yarımadasını tərk edən ABŞ-ın nüvə mühərrikli təyyarədaşıyan gəmisi "Ronald Reagan" Cənubi Koreyanın şərqindəki sulara yenidən yerləşdiriləcək, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəyanatında deyilir.