ABŞ daha altı ölkənin BMT TŞ-ya daxil edilməsini istəyir

16:36 12.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden administrasiyası bu ölkələrə veto hüququ vermədən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına daha altı daimi yer əlavə etməyi təklif edib. Bu barədə The Washington Post (WP) məlumat yayıb.

Məqalə müəllifinin yazdığı kimi, təşəbbüs Ukraynadakı kimi silahlı münaqişələrin effektiv həllinə yönəlib.

Qəzetin yazdığına görə, Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild artıq təşkilata üzv olan 193 ölkənin diplomatları ilə üzvlərin sayının genişləndirilməsi ilə bağlı məsləhətləşmələr aparır.