ABŞ Dövlət Departamenti Putinə nə ilə bağlı müraciət etdi?

15:08 15.12.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Vaşinqton Rusiya prezidenti Vladimir Putini casusluqda şübhəli bilinən ABŞ vətəndaşları Evan Qerşkoviç və Pol Uilanın azadlığa buraxılması ilə bağlı ABŞ-ın təkliflərini nəzərdən keçirməyə və xoş niyyətlə danışıqlara başlamağa çağırır.

Hafta.az xəbər verir ki, “İnterfaks”ın yaydığı məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

Dövlət Departamentinin rəsmi saytı Millerin sözlərindən sitat gətirib: "Əgər Vladimir Putin ciddidirsə, o zaman onun etməli olduğu yeganə şey Gerşkoviç və Uilanın azad edilməsi ilə bağlı təkliflərimizi müzakirə etməkdir". 

Eyni zamanda, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi təsdiqləyib ki, Vaşinqton və Moskva bu ABŞ vətəndaşlarının azad edilməsini fəal şəkildə müzakirə edir. 

Xatırladaq ki, Rusiya casusluqda ittiham olunan Qerşkoviç və Uilanın dəyişdirilməsi ilə bağlı ABŞ-ın ikinci dərəcəli təklifini rədd etmişdi. Metyu Miller qeyd edib ki, Ağ Ev öz vətəndaşlarını azad etməyə çalışmağa davam edəcək.