ABŞ Əfqanıstanda ABŞ ordusunun istifadə etdiyi təyyarələrin bir hissəsini Özbəkistan və Tacikistana verməyi planlaşdırır. Hafta.az xəbər verir ki, bu barədə “Politico” Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə və Konqresin danışıqlara girişi olan köməkçisinə istinadən xəbər verir.
Söhbət 46 təyyarədən, o cümlədən C-208 ümumi təyinatlı təyyarələrdən, A-29 Super Tucano yüngül hücum təyyarələrindən, Mi-17, Mi-25 və UH-60 Black Hawk helikopterlərindən gedir. Əfqanıstan Hərbi Hava Qüvvələrinin pilotları ölkədə hakimiyyət dəyişikliyindən sonra onları Özbəkistana apara biliblər.
İndi Vaşinqton Özbəkistan və Tacikistan hökumətlərinə təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində münasibətləri dərinləşdirmək üçün qeyri-rəsmi razılaşma müqabilində təyyarələrin bir hissəsini vermək istəyir.