ABŞ Ermənistan ordusu ilə güclü və artan əməkdaşlığı yüksək qiymətləndirir... - RƏSMİ

14:41 28.01.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan Ordusu Günü münasibətilə vətənlərinin müdafiəsi üçün xidmət edən hər kəsə minnətdarlığımızı bildiririk”.

Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin  yaydığı məlumata görə, ABŞ-ın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində yerləşdirilmiş yazıda belə deyilir.

"Biz Ermənistan Silahlı Qüvvələri ilə güclü və artan əməkdaşlığımızı yüksək qiymətləndiririk", - deyə səfirliyin bəyanatında vurğulanır.

Xatırladaq ki, son illər ABŞ-ın Ermənistandakı keçmiş və indiki səfirləri mütəmadi olaraq Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrində görüşlər keçirirlər. Ötən il NATO, o cümlədən ABŞ general və zabitlərinin iştirakıyla Ermənistan ərazisində kiçikmiqyaslı təlimlər də təşkil edilib.