Yazını böyüt
Yazını kiçilt
ABŞ Mərkəzi Komandanlığı "USS Duayt Eyzenhauer" təyyarədaşıyan gəmisinin zərbə qrupunun İran yaxınlığındakı Fars körfəzi ərazisinə daxil olduğunu açıqlayıb.
Hafta.az-ın İsrail mediasına istinadla verdiyi xəbərə görə, “Filippin dənizi” kreyseri və Amerikanın iki “Qreyvli” və “Stethem” esminesi, həmçinin Fransanın bir freqatı da körfəzə gəlib.
Gəmilərin missiyası "bölgədə Mərkəzi Komandanlığın tələblərini dəstəkləyərək əsas beynəlxalq marşrutlarda gəmi nəqliyyatının sərbəst hərəkət azadlığını təmin etmək"dir.