ABŞ-ın yaşamaq üçün ən bahalı şəhəri - SAN-XOSE

12:02 05.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kaliforniyanın San Xose şəhəri ABŞ-da yaşamaq üçün ən bahalı şəhər seçilib. Hafta.az bu barədə ölkənin Siyahıyaalma Bürosunun məlumatlarının təhlili əsasında “Doxo” şirkətinin araşdırmasına istinadən xəbər verir.

Mütəxəssislər ev təsərrüfatlarının aylıq məcburi ödənişlərinin, o cümlədən ipoteka, kirayə mənzil, kommunal ödənişlər, avtomobil krediti ödənişləri, rabitə və sığorta xidmətləri üzrə ödənişlərin məbləğini təhlil etdikdən sonra reytinqi tərtib ediblər. Amerikalılar orta hesabla ayda 1800 dollar ödəyirlər. San Xosedə bu göstərici 66,8 faiz çoxdur - 3,15 min dollar.

Reytinqdə ikinci pilləni San Fransisko tutub. Siyahının ilk 3-lüyünü Vaşinqton, dördüncü yeri isə Los-Anceles tutub. Nyu York ilk 5-likdədir. Yaşamaq üçün ən bahalı on şəhərə həmçinin San Dieqo, Boston, Seattle, Riverside və Denver daxildir.

Ən sərfəli şəhərlərə gəlincə, bu kateqoriyada lider sakinləri hər ay orta hesabla 1,6 min dollar xərclədiyi Buffalo olub - ABŞ-dakı orta göstəricidən 15,1 faiz az. Pitsburq və Klivlend müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Oxunma sayı 1598