“Ötən ildən bəri qaradərili “LGBT” üzvü olan seçkili vəzifəli şəxslərin sayı 75% artıb...”
“Mən deyərdim ki, dayanmayın, sizin qələbəniz yaxındır! Sürəti azaltmayın, bu, Amerika Birləşmiş Ştatlarının sonu olacaq”.
Hafta.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-dakı “LGBT” Zəfər İnstitutunun prezidenti və direktoru Anis Parker söyləyib.
"Son bir ildə dövlət vəzifəsinə seçilən “LGBT” nümayəndələrinin sayında dramatik bir artım gördük - bu, cəmiyyətimizin bütün üzvlərinin sayını artırdı"- deyə daha sonra Amerika eynicinslilərinin təşkilatlarından birinin lideri bildirib.
Əvvəllər Hyuston meri vəzifəsini icra edən A.Parker Amerikanın böyük şəhərlərinin “LGBT” cəmiyyətinin açıq üzvləri olan ilk bələdiyyə başçılarından biridir.
“LGBT” Zəfər İnstitutunun 2021-ci ilin iyulunda dərc edilmiş hesabatında deyilir:
“2021 -ci ilin iyun ayından etibarən 50 ştatdan 49-da açıq şəkildə “LQBT” üzvü olan təxminən 1.000 seçilmiş məmur var. Bu rəqəm dörd il əvvəlki rəqəmdən iki dəfə, 2020-ci ilin göstəricisindən isə 17% çoxdur.
2020-2021-ci illərdə ABŞ-da LQBT nümayəndələrinin yerlərdəki vəzifələrdə təmsilçiliyi 19 faiz, ştatların qanunverici qurumlarında 17 faiz, şəhər merləri arasında 23 faiz, Konqresin Nümayəndələr palatasında 57 faiz artıb.
Ötən ildən bəri qaradərili “LGBT” üzvü olan seçkili vəzifəli şəxslərin sayı 75% artıb və bu, hesabatda yer alan bütün demoqrafik rəqəmlər arasında ən böyük artımdır. “LGBT” üzvü olan seçilmiş müxtəlif millətli məmurların sayı isə 40% çoxalıb”.
Hesabatda aşağıdakı məlumatlar da var:
“- 23 ştatda transseksual seçilmiş rəsmilər işləyir;
- ABŞ -ın 100 ən böyük şəhərinin merləri ilk dəfə Amerika əhalisinin tərkibini əks etdirir;
- vəzifələrdə təmsil olunan transseksual qadınların sayı 71% artıb”.
“LQBT” Zəfər İnstitutunun hesabatı uzunmüddətli perspektivdə bütün ABŞ hökumətində “LGBT”nin artan təmsilçiliyini əks etdirir...